Bank Of Baku

Moskva meri vəzifəsinə namizədlərin adı açıqlanıb

Moskva meri vəzifəsinə namizədlərin adı açıqlanıb
# 09 oktyabr 2010 14:14 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunlar nəqliyyat naziri Sergey Levitin, Rusiya Federasiyası hökumətinin aparat rəhbəri Sergey Sobyanin, Nijeqorod vilayətinin qubernatoru, Moskva merinin keçmiş müavini Valeri Şansev və Moskva merinin müavini səlahiyyətlərinin icraçısı Lüdmila Şvetsovadır.

D. Medvedevin mətbuat katibi Natalya Timakova dövlət başçısının hər 4 namizədlə görüş keçirdiyini söyləyib. Prezident bildirib ki, bütün namizədlər Moskvaya rəhbərlik etməyi öz üzərlərinə götürməyə hazırdır. O, son qərarın qanunla müəyyən olunmuş 10 gün müddətində qəbul olunacağını açıqlayıb.

Xatırladaq ki, sentyabrın 28-də D. Medvedev 18 il Moskva meri vəzifəsində çalışan Yuri Lujkovu istefaya göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR