Bank Of Baku

Otunbayeva parlament seçkilərində hər hansı saxtakarlıq ehtimalını inkar edib

Otunbayeva parlament seçkilərində hər hansı saxtakarlıq ehtimalını inkar edib
# 09 oktyabr 2010 19:50 (UTC +04:00)
Bakı-APA. Qırğızıstanın keçid dövrünün prezidenti Roza Otunbayeva xalqa müraciət edib. Müraciətdə Otunbayeva bu bazar günü keçiriləcək parlament seçkilərində hər hansı saxtakarlıq olacağı ehtimalını inkar edib.

Onun sözlərinə görə, bu Qırğızıstanın tarixində ilk azad demokratik seçkilər olacaq.

«Biz yalnız parlamenti seçmirik, biz yeni dövlət idarəetməsi sistemini – parlament respublikasının təməlini qoyuruq. Bununla da Qırğızıstan tarixində yeni səhiyə açırıq», deyə Otunbayeva bildirib.

Onun fikrincə, keçmiş prezidentlər Əsgər Akayev və Kurmanbek Bakiyevin idarəçiliyi digər yolu seçməyin zəruriliyini sübut edib.

Otunbayeva hesab edir ki, keçmiş rejimlər iqtisadi artımı ləngidən, xalqı yoxsullaşdıran və yüz minlərlə vətəndaşın xaricə mühacirətinə səbəb olan çoxsaylı neqativ tendensiyalarla müşahidə olunublar.

Keçid dövrünün prezidenti həmçinin xüsusi qeyd edib ki, seçki komissiyaları səslərin dəqiq hesablanmasına hazırdırlar.

«Heç bir saxtakarlıqdan söhbət gedə bilməz, bu qəti surətdə inkar olunur», deyə prezident əminliklə bəyan edib.

«Biz heç bir qutuda bir dənə belə saxta bülletenin olmaması üçün əlimizdən gələni edirik. Hamının aldığı səs özünə qismət olacaq», deyən Otunbayeva, bütün siyasi partiyaların seçkinin nəticələrinin tanınmasında xoş məram nümayiş etdirəcəklərinə ümid etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR