Bank Of Baku

Qırğızıstan parlamentində 5 partiya təmsil olunacaq

Qırğızıstan parlamentində 5 partiya təmsil olunacaq
# 11 oktyabr 2010 07:41 (UTC +04:00)
Bakı – APA. Oktyabrın 10-da Qırğızıstanda parlament seçkiləri keçirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, səslərin 50%-i sayıldıqdan sonra parlamentdə hansı siyasi partiyaların təmsil olunacağı müəyyənləşib.

İlkin xəbərlərə əsasən ən çox səsi “Ata Yurt” Partiyası toplayıb – 8,56%. Sosial-Demokrat Partiyası 8,1%, Respublika Partiyası 6,79%, “Ar Namus” Partiyası 6,67%, “ATA Məkan” Partiyası isə 6,19% səs alıblar. Bu partiyalar 5%-lik minimum baryeri keçdikləri üçün qanunverici orqanda təmsil olunmaq hüququ qazanıblar.

Səsvermədə seçicilərin 56,59%-i iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR