Bank Of Baku

Ukrayna təhlükəsizlik xidməti keçmiş baş nazir Yuliya Timoşenkonu həbs etmək fikrində deyil

Ukrayna təhlükəsizlik xidməti keçmiş baş nazir Yuliya Timoşenkonu həbs etmək fikrində deyil
# 12 oktyabr 2010 04:52 (UTC +04:00)
Bakı-APA. Ukrayna təhlükəsizlik xidmətinin (UTX) başçısı Valeri Xoroşkovski partiyasının lideri, keçmiş baş nazir Yuliya Timoşenkonu həbs etmək fikrində deyil.

Bu barədə o Frankfurter Allgemeine qəzetinə müsahibəsində bildirib.

«Mənim belə bir fikrim yoxdur. Biz korrupsiya ilə mübarizə aparırıq və təəssüf ki, sonuncu hökumət çoxlu səhvlər buraxıb. Onların etdiklərinin çoxu qeyri-qanunidir və ona görə biz istintaqımızı davam etdirəcəyik», deyə UTX başçısı qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR