Bank Of Baku

Ukraynada matəm elan ediləcək

Ukraynada matəm elan ediləcək
# 12 oktyabr 2010 12:46 (UTC +04:00)
Bakı – APA. Ukrayna prezidenti Viktor Yanukoviç Dnepropetrovsk vilayətində baş vermiş faciə ilə əlaqədar oktyabrın 13-nü matəm günü elan edəcəyini açıqlayıb. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, V. Yanukoviç bunu iqtisadi islahatlar üzrə regional komitənin Dnepropetrovsk şəhərində keçirilən genişləndirilmiş iclasında deyib. O, ölənlərin ailələrinə başsağlığı verib: “Hesab edirəm ki, biz bu faciədən nəticə çıxarmalıyıq və çıxaracağıq”.
Xatırladaq ki, oktyabrın 12-də səhər Ukraynanın Dnepropetrovsk vilayətinin Marqanets şəhərində dəhşətli qəza baş verib. Marqanets-Nikopol reysi ilə hərəkət edən “Boqdan” markalı sərnişin avtobusunun qatarla toqquşması nəticəsində 40 nəfər ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR