Bank Of Baku

İrakli Okruaşvili, Levan Qaçeçiladze və Sozar Subari yeni partiya təsis ediblər

İrakli Okruaşvili, Levan Qaçeçiladze və Sozar Subari yeni partiya təsis ediblər
# 13 oktyabr 2010 07:45 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Oktyabrın 12-də Tiflisin "Şeraton Metexi Palas" mehmanxanasında yeni birləşmiş müxalifət partiyasının təqdim olunma mərasimi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Partiyası adlandırılan partiyanın təsisçiləri müxalifət nümayəndələrindən İrakli Okuraşvili, Levan Qaçeçiladze, Sozar Subari, Erosi Kitsarişvili və Koka Qunsadzedir.

Sabiq ombudsman Sozar Subari jurnalistlərə verdiyi açıqlamada bildirib ki, partiyanın əsas məqsədi yüksəlişə doğru inkişaf edən hökumət yaratmaq uğrunda mübarizə aparmaqdır. Gürcüstan Partiyası müstəqil məhkəmə, güclü parlament, repressiya sisteminin ləğvi, xüsusi mülkiyyətin toxunulmazlığı, hüquq-mühafizə strukturlarını siyasətdən uzaqlaşdırmaq, mətbuat azadlığı, ədalətli seçkilər və siyasi məhbusların sözsüz azad edilməsi kimi məqsədlər uğrunda mübarizə aparacağını bəyan edib.

Yeni yaradılan partiya eyni zamanda Rusiya ilə əlaqələrin normallaşdırılması, ərazi bütövlüyü problemləri və Avropaya inteqrasiya kimi prioritet məsələləri hədəf seçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR