Bank Of Baku

Sabah Moskvada MDB ölkələrinin alim və yaradıcı ziyalılarının 5-ci forumu başlayacaq

Sabah Moskvada MDB ölkələrinin alim və yaradıcı ziyalılarının 5-ci forumu başlayacaq
# 13 oktyabr 2010 12:00 (UTC +04:00)
Bakı-APA. Sabah Moskvada MDB ölkələrinin alim və yaradıcı ziyalılarının 5-ci forumu işə başlayacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “İnnovativ və humanitar sahədə partnyorluq - MDB ölkələrinin dinamik inkişafının əsasıdır” şüarı altında gerçəkləşəcək tədbir Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda baş tutacaq.

Forum MDB dövlətləri başçıları tərəfindən imzalanmış “Humanitar sahədə MDB iştirakçı dövlətlərinin əməkdaşlığının prioritet tədbirləri Planı”na əsasən hər il keçirilən, elmi və yaradıcı ziyalıların mötəbər zirvə görüşüdür. Elm, təhsil, mədəniyyət və gənclər siyasətinin vacib problemlərinin və əməkdaşlıq perspektivlərinin birgə müzakirəsi, praktiki tədbirlərin müəyyən edilməsi forumun əsas məqsədidir.
Forum MDB üzv dövlətlərinin Humanitar sahədə Əməkdaşlıq üzrə Şura və MDB üzv dövlətlərinin Humanitar sahədə Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu tərəfindən keçirilir.
Forum çərçivəsində “Təhsil və gənclərin akademik və əmək mobilliyi”, “Elm, texnologiya və innovasiyalar”, “Tarixi-mədəni irs və müasir incəsənət”, “KİV, ədəbiyyat və nəşriyyat”, “Mədəni-maarif turizm”, “ekologiya və ətraf mühitin müdafiəsi” bölmələri, “MDB gənclərinin innovasiya layihələri” sərgisi və s. maraqlı tədbirlər olacaq.

Forumda Azərbaycanı gənclər və idman nazirinin müavini İntiqam Babayev təmsil edəcək. Nazir müavininin “Birliyin gənc nəslinin dəstəklənməsi” Palatasında çıxışı da nəzərdə tutulub. Tədbir oktyabrın 15-də işinə yekun vuracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR