Bank Of Baku

Gürcüstan Şimali Qafqaz respublikalarının vətəndaşları üçün vizasız rejim tətbiq edib

Gürcüstan Şimali Qafqaz respublikalarının vətəndaşları üçün vizasız rejim tətbiq edib
# 13 oktyabr 2010 14:40 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan hökumətinin qərarına əsasən Çeçenistan, İnquşetiya, Alaniya, Dağıstan, Kabardin-Balkar, Qaraçay-Çərkəz və Adıgey respublikalarının vətəndaşları ölkəyə 90 gün müddətinə vizasız gələ bilərlər. Şimali Qafqaz bölgəsinin vətəndaşları onların harada yaşamasını təsdiq edən hər hansı sənədi təqdim etməklə sərhədi keçə bilərlər. Məlumata görə, bu gün "Yuxarı Lars" nəzarət-buraxılış sərhəd məntəqəsindən iki nəfər Vladiqafqaz sakini Gürcüstana keçib. Onlar Gürcüstan hökumətinin qərarında razı qaldıqlarını, çox asan bir prosedurdan sonra sərhədi keçdiklərini bildiriblər.

Gürcüstan hökuməti Rusiyanı da belə bir addım atmağa çağırıb. "Rusiya Gürcüstandan nümunə götürərək Gürcüstan vətəndaşları üçün vizasız rejim həyata keçirməlidir." Belə bir bəyanatla bu gün Gürcüstan baş nazirinin müavini Georgi Baramidze çıxış edib: "Əhali arasında əlaqələrin asanlaşdırılması Rusiyada problem kimi qəbul edilir".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR