Bank Of Baku

Rusiya XİN: İrana S-300 verilməsindən imtina Rusiyanın maraqlarına cavab verir

Rusiya XİN: İrana S-300 verilməsindən imtina Rusiyanın maraqlarına cavab verir
# 13 oktyabr 2010 22:12 (UTC +04:00)
Bakı-APA. İrana S-300 zenit raket sistemlərinin verilməsindən imtina etmək barədə qərar qəbul edərkən Rusiya hansısa amerikayönümlü siyasi xətti yürütməyib, yalnız öz maraqlarından çıxış edib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov belə bir bəyanatla çıxış edib.

«Qeyd etmək istəyirəm ki, burada heç bir siyasi sensasiya yoxdur. Digər aspektlərə gəldikdə, əlbəttə, biz Vaşinqton və Tehranın bu qərara reaksiyasını izlədik. Bu vəziyyətdə bütün digər vəziyyətlərdə olduğu kimi Rusiyanın mövqeyi iranyönümlü, amerikayönümlü və digər yönümlü yox, rusiyayönümlüdür. Biz yalnız və ancaq öz milli maraqlarımızdan çıxış edirik», deyə Ryabkov bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR