Bank Of Baku

Sergey Narışkin: Medvedev Lukaşenko ilə görüşməyi planlaşdırmır

Sergey Narışkin: Medvedev Lukaşenko ilə görüşməyi planlaşdırmır
# 14 oktyabr 2010 04:54 (UTC +04:00)
Bakı-APA. Rusiya prezidenti Dmitri Medvedevin yaxın planlarında Belarus lideri Aleksandr Lukaşenko ilə ikitərəfli görüşlər nəzərdə tutulmayıb. Bu barədə Kreml administrasiyasının rəhbəri Sergey Narışkin bəyan edib.

«Hələlik planlarda ikitərəfli görüşlər nəzərdə tutulmur... Fikrimcə, görüşlər Rusiya və Belarusun iştirak etdiyi çoxtərəfli formatlarda baş tuta bilər», deyə Narışkin bildirib.

Yaxın tərəfdaş olan və birgə İttifaq dövlətini quran Rusiya və Belarusun münasibətləri son illərdə süd ixracı, gömrük rüsumları və qaz borcuna görə mürəkkəbləşib. Bir neçə həftə əvvəl bu münasibətlər aşkar münaqişə müstəvisinə keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR