Bank Of Baku

Minsk Rusiyadan mavi yanacağın satış qiymətini aşağı salmağı xahiş edəcək

Minsk Rusiyadan mavi yanacağın satış qiymətini aşağı salmağı xahiş edəcək
# 14 oktyabr 2010 16:16 (UTC +04:00)
Bakı-APA. Rəsmi Minsk Rusiyadan gələn il Belarusa satacağı mavi yanacağın qiymətində güzəşt edilməsini xahiş edəcək. APA-nın məlumatına görə, bu barədə Belarus iqtisadiyyat nazirinin müavini Anatoli Filimonov bildirib. O Belarusun Rusiyadan qazı konkret hansı qiymətə almaq istədiyini açıqlamayıb. Ötən həftə rəsmi Minsk Rusiyadan idxal olunan mavi yanacağın qiymətinin hər min kubmetrə görə 184 dollardan 210 dollaradək artırılacağını gözlədiyini bildirib. “Qazprom” isə Belarusa mavi yanacağı 220 dollara satmağa hazırlaşdığını qeyd edib. Ötən il Belarus Rusiyadan 17,6 milyard kubmetr mavi yanacaq idxal edib, bu ölkə ərazisindən isə Avropaya 44,6 milyard kubmetr qaz ixrac edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR