Bank Of Baku

Tacikistanda yaraqlılar könüllü olaraq tərksilah olmağa başlayıblar

Tacikistanda yaraqlılar könüllü olaraq tərksilah olmağa başlayıblar
# 14 oktyabr 2010 18:39 (UTC +04:00)
Bakı-APA. Tacikistanın şərqində qeyri-qanuni silahlı dəstələr könüllü olaraq tərksilah olmağa başlayıblar.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, Respublika hüquq-mühafizə orqanları bildiriblər ki, ilk təslim olunanlar səhra komandirləri Mirzəhücə Əhmədov və Molla Sədrəddindir.
Tacikistan parlamentin aşağı palatasının spikeri və Təhlükəsizlik Şurasının katibi yaraqlılar ilə danışıqlar aparmaq üçün Rəşt rayonuna gəlmişdilər. Onların səhra komandirləri ilə bağladığı razılaşmaya əsasən təslim olunan yaraqlılara qarşı ittiham irəli sürülməyəcək.
Son üç həftə Tacikistanın şərqində hərbi konvoya hücum edən yaraqlılara qarşı geniş hərbi əməliyyat həyata keçirilib. Bu zaman 26 nəfər həlak olub.
Əməliyyat başlanandan bəri 16 silahlı öldürülüb.
Regiona bir necə min hərbiçi və ağır texnika yeridilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR