Bank Of Baku

Gürcüstan prezidenti Axalkalakidə dəmiryolu stansiyasını açmağa söz verib

Gürcüstan prezidenti Axalkalakidə dəmiryolu stansiyasını açmağa söz verib
# 14 oktyabr 2010 23:20 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Gürcüstan prezidenti bildirib ki, o, bu günlərdə Axalkalakidə Bakı-Qars-Tiflis dəmiryolunun bir hissəsi olan stansiyanı açacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, prezident bu sözləri oktyabrın 14-də Gürcüstanın Msxeta bölgəsində keçirilən Svetitsxovleba bayramı şərəfinə təşkil edilən konsertdə iştirak edən diplomatlara və qonaqlara deyib. "Bu gün biz Axalkalakidə olduq və işlərin gedişi ilə tanış olduq."
Prezident qonaqlar arasında Azərbaycanın XİN başçısı Elmar Məmmədyarova xüsusi olaraq bayram konsertində iştirak etdiyi üçün minnətdarlığını bildirib. "Bu bayram Gürcüstanda xristianlığın qeyd olunması ilə əlaqədardır. Mən xüsusi olaraq bizim dostumuzu, Azərbaycanın XİN başçısını salamlayıram. O, öz ailəsi ilə bu bayramda iştirak edir və bizim sevincimizi bölüşür,-" Mixail Saakaşvili qeyd edib.
"Biz azərbaycanlı tərəfdaşlarımızın köməyi ilə bu böyük layihəni həyata keçiririk."
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR