Bank Of Baku

Dmitri Medvedev Moskva meri postuna Sergey Sobyaninin namizədliyini irəli sürüb - FOTO

Dmitri Medvedev Moskva meri postuna Sergey Sobyaninin namizədliyini irəli sürüb - <font color=red>FOTO</font>
# 15 oktyabr 2010 22:26 (UTC +04:00)
Bakı-APA. Rusiya prezidenti Dmitri Medvedev Moskva meri postuna namizədi müəyyənləşdirdiyini bildirib. «Vahid Rusiya» partiyasının təklif etdiyi siyahıdan Medvedev baş nazirin müavini, hökumət aparatının rəhbəri Sergey Sobyanini seçib.

Moskva şəhər duması oktyabrın 18-də Sobyaninin namizədliyini təsdiq olunmasının tarixini müəyyən edəcək. Bu barədə Moskva parlamentinin sədri Vladimir Platonov məlumat verib.

«Vahid Rusiya» partiyası 4 nəfərdən ibarət siyahını oktyabrın 9-da Dmitri Medvedevə təqdim etmişdi. Sergey Sobyanindən əlavə siyahıda nəqliyyat naziri İqor Levitin, Nijni Novqorod vilayətinin qubernatoru və Moskva merinin keçmiş müavini Valeri Şantsev, həmçinin hazırkı vitse-mer Lüdmila Şvetsovanın adları var idi.

Qeyd edək ki, Sergey Sobyanin 1958-ci ildə Xantı-Mansiysk muxtar mahalının Beryozov rayonunun Nyaksimvol kəndində anadan olub. Mənşəcə Ural kazakıdır. Hüquq elmləri namizədi olan Sobyanin 2001-2005-ci illərdə Tümen vilayətinin qubernatoru, 2005-2008-ci illərdə Rusiya prezidenti administrasiyasının rəhbəri olub. Son prezident seçkilərində prezidentliyə namizəd Dmitri Medvedevin seçki qərargahına rəhbərlik edib. 2009-cu ildə Rusiya Birinci kanalının Direktorlar şurasının sədri seçilib. 2008-ci ilin mayından Rusiya hökuməti aparatına rəhbərlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR