Bank Of Baku

Keçmiş döyüşçü Ermənistanın qeyri-legitim iqtidarından medal almaq istəmədiyini bildirib

Keçmiş döyüşçü Ermənistanın qeyri-legitim iqtidarından medal almaq istəmədiyini bildirib
# 16 oktyabr 2010 03:10 (UTC +04:00)
Bakı-APA. Ermənistanın «Ölkənin sahibi olaq» tələbə gənclər təşkilatının sədri, Qarabağ müharibəsinin iştirakçısı, Erməni Milli Konqresinin üzvü Armen Ambarsumyan layiq görüldüyü «İgidliyə görə» medalını poçtla geriyə Serj Sarkisyana qaytaracağını bildirib. Bu barədə APA Armenia Today-a istinadən məlumat verir.

Ambarsumyan bu medala bir ay əvvəl Serj Sarkisyanın sərəncamı ilə layiq görülmüşdü.

Armen Ambarsumyan bildirib ki, ölkənin qeyri-legitim hakimiyyətindən medal almaq istəmir. «Bu gün mənim siyasi və döyüş yoldaşlarım həbsxanadadırlar. Onlar mənimlə birgə döyüşüblər. İndi onlar həbsxanada olarkən, mən niyə medal almalıyam?», deyə Ambarsumyan sual edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR