Bank Of Baku

Gürcüstan maliyyə nazirinin müavininə 7 milyon dollar rüşvət təklif edən israilli iş adamları həbs olunub

Gürcüstan maliyyə nazirinin müavininə 7 milyon dollar rüşvət təklif edən israilli iş adamları həbs olunub
# 16 oktyabr 2010 09:23 (UTC +04:00)
Bakı. Əli Əhmədov-APA-Economics. Gürcüstan maliyyə nazirinin müavini Avtandil Xaraidzeyə rüşvət təklif edən iki İsrail iş adamı həbs olunub. «APA-Economics»in yerli mətbuata istinadən verdiyi məlumata görə, Nirrnetco (Overseas) LTD şirkətinin prezidenti Zeyev Frenkel və Türkiyənin Eylat şəhərindəki fəxri konsulu, enerji və infrastruktur sahələrində biznesi olan Roni Fuks Batumi şəhərinin restoranlarının birində maliyyə nazirinin müavini ilə görüşdə həbs olunublar. Onlar Maliyyə Nazirliyi Beynəlxalq Arbitraj Məhkəməsinin bir qədər əvvəl qəbul etdiyi qərarından apelyasiya şikayəti verilməməsi müqabilində nazir müavininə 7 milyon dollar rüşvət təklif ediblər.
Qeyd edək ki, həmin qərara görə, Gürcüstan hökuməti Fuksun rəhbərlik etdiyi firmaya 100 milyon dollar ödəməlidir. Amma Maliyyə Nazirliyinin apellyasiya şikayəti bu pulun ödənməsinə mane ola bilər.

Artıq Gürcüstan mətbuatı təklif olunan məbləği ölkə tarixində ən böyük rüşvət olduğunu yazıb. Hərçənd hökumətdəki mənbələr bildirib ki, nazir müavini belə məsələləri həll etmək səlahiyyətində deyil. Xatırladaq ki, Runi Fuks İsrail siyasi dairələrində güclü əlaqələrə malikdir və prezident Şimon Peresin yaxın adamlarından sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR