Bank Of Baku

Gürcüstan parlamentinin keçmiş vitse-spikeri həbs olunub

Gürcüstan parlamentinin keçmiş vitse-spikeri həbs olunub
# 16 oktyabr 2010 12:09 (UTC +04:00)
APA-nın “Novosti Qruziya”ya istinadən xəbərinə görə, 46 yaşlı məşhur siyasətçi adam oğurluğunda şübhəli bilinir.

E.Surmanidze ilə yanaşı, Georgi Burulava və Murtaz Meurnişvili də saxlanılıb. Konstitusiya Təhlükəsizliyi Departamentinin rəis müavini Soso Topuridze bildirib ki, adı çəkilən şəxslər alman investoru qanunsuz olaraq azadlıqdan məhrum etmək və hədələmək yolu ilə 270 min dollar ödəməyə məcbur ediblər. təqsirləri sübuta yetirilərsə, onları 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qeyd edək ki, 1999-cu ildə Acarıstan lideri Aslan Abaşidzenin partiyasından deputat seçilən E.Surmanidze vitse-spiker postuna yüksəlib. Sonradan isə A.Abaşidzeyə müxalifət mövqeyindən çıxış edib və gələcək baş nazir Zurab Jvaniyanın komandasında yer alıb. Gürcüstanda baş verən “məxməri inqilab”dan sonra bir müddət Batumi meriyasına və parlamentin Aqrar komitəsinə başçılıq edib. Son illər isə aktiv siyasətdən uzaqlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR