Bank Of Baku

Aramsız yağan leysan yağışlar Qərbi Gürcüstanda fəlakətə səbəb olub

Aramsız yağan leysan yağışlar Qərbi Gürcüstanda fəlakətə səbəb olub
# 18 oktyabr 2010 07:29 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Xobi rayonunda yağışdan sonra təbii fəlakət çoxlu fəsadlar törədib. Səhər saat 4.00-da gözlənilmədən başlayan Rioni çayının səviyyəsinin qalxmasına və evlərə su dolmasına səbəb olub. Poti şəhəri yaxınlığında Patara Poti kəndində sahilləri aşan güçlü dalğalar 100-dən çox evi su altına alıb. Evlərdəki suyun səviyyəsi hazırda bir metrə çatır. Kənddə həyətyanı sahələrdə becərilən qarğıdalı sahələri suyun altında qalıb, ev quşları və mal-qara tələf olub.
Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün yerlərdə Gürcüstan DİN əməkdaşları və bölgə administrasiyasının qüvvələri səfərbərliyə alınıb. Potidə təbii fəlakət nəticəsində dəyən zərərin hesablanması üçün maq üçün komissiya yaradılıb.
Hal-hazırda bölgədə yağıntılar davam edir. Rioni çayının səviyyəsi isə nisbətən azalıb.
Gürcüstanda yaşayan azərbaycanlıların kompakt şəkildə yaşadığı bölgələrdə də aramsız yağan leysan yağışlar oktyabrın 17-də bütün gecəni davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR