Bank Of Baku

Çeçenistan parlamentində atışma başlayıb, ölən və yaralananlar var

Çeçenistan parlamentində atışma başlayıb, ölən və yaralananlar var
# 19 oktyabr 2010 08:00 (UTC +04:00)
APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, Şimali Qafqaz Federal Dairəsinin hüquq-mühafizə orqanları atışma nəticəsində həlak olanların olduğunu bildirir.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin birləşmələri, xüsusi təyinatlı birləşmələr, təhlükəsizlik orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata görə, atışma Çeçenistan parlamentinin spikerinin kabinetində başlayıb. İnsidentin detalları hələlik məlum deyil. Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev hazırda Qroznıdadır. Atışmanın terrorçularla əlaqəsi olub-olmadığı da məlum deyil.
“Ria Novosti” agentliyi etibarlı mənbələrə istinadən parlamentə terror aktına cəhd edildiyini, terrorçu-kamikadzenin parlamentin ərazisində intihar hücumu həyata keçirdiyini bildirir. İlkin məlumata görə, terror aktı nəticəsində iki nəfər ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR