Bank Of Baku

Çeçenistan parlamentində törədilən terror aktı zamanı ən azı 3 nəfər ölüb, 13 nəfər yaralanıb

Çeçenistan parlamentində törədilən terror aktı zamanı ən azı 3 nəfər ölüb, 13 nəfər yaralanıb
# 19 oktyabr 2010 09:21 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, 9 saylı Qroznı şəhər xəstəxanasına 13 yaralı və 3 meyit gətirilib. Xəstəxananın əməkdaşı gətirilən yaralıların sayının artacağını istisna etməyib. Xatırladaq ki, Çeçenistan parlamentində hücum edən terrorçuların zərərsizləşdirilməsi ilə bağlı xüsusi əməliyyat bir qədər əvvəl başa çatıb. İlkin məlumata görə, əməliyyat zamanı 3 terrorçu öldürülüb. Digər mənbələr isə bir terrorçunun sağ qaldığını, bir neçə nəfəri girov götürərək binadakı otaqlardan birində gizləndiyini bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR