Bank Of Baku

Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev: “Terrorçuların Çeçenistan parlamentinin binasına soxulmaq cəhdi başa tutmayıb”

Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev: “Terrorçuların Çeçenistan parlamentinin binasına soxulmaq cəhdi başa tutmayıb”
# 19 oktyabr 2010 10:22 (UTC +04:00)
Bakı-APA. “Çeçenistan parlamentində keçirilən xüsusi əməliyyatın gedişində üç terrorçu öldürülüb, iki milis əməkdaşı və parlamentin bir işçisi həlak olub”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Çeçenistanın dövlət başçısı Ramzan Kadırov verib. Onun sözlərinə görə, terrorçular saat 09.45-də parlamentin mühafizəçilərinə atəş açıblar. Atəş nəticəsində iki milis əməkdaşı və parlamentin təsərrüfat müdiri həlak olub. Kadırov xüsusi əməliyyatın 15-20 dəqiqə davam etdiyini və əməliyyata 12 xüsusi təlim keçmiş OMON əməkdaşının cəlb olunduğunu bildirib.

Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev də terrorçuların parlamentin binasına soxulmaq cəhdinin baş tutmadığını bəyan edib: “Onlar istəklərinə nail olmayıblar. Daxili işlər orqanlarının əməkdaşların terrorçuların binaya soxulmaq cəhdinin qarşısını alıb. Təəssüf ki, itkisiz ötüşmək mümkün olmayıb. Üç nəfər həlak olub, üç nəfər əməkdaşımız isə xəstəxanadadır”.

Xatırladaq ki, 9 saylı Qroznı şəhər xəstəxanasının əməkdaşı “RİA Novosti”yə açıqlamasında xəstəxanaya 15 yaralının və 3 meyitin gətirildiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR