Bank Of Baku

Çeçenistan parlamentinə hücum zamanı 3 nəfər ölüb, 17 nəfər yaralanıb

Çeçenistan parlamentinə hücum zamanı 3 nəfər ölüb, 17 nəfər yaralanıb
# 19 oktyabr 2010 10:55 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu rəqəmləri Rusiya Prokurorluğunun İstintaq Komitəsi açıqlayıb.

Komitə binaya hücum edən silahlı qrupun 3 nəfərdən ibarət olduğunu bildirib. Onlardan biri binanın yaxınlığında özünü partladıb, digər ikisi isə atəş aça-aça binaya girərək 1-ci mərtəbədə mövqe tutub. Bir qədər sonra bu iki silahlı da özünü partladıb. Silahlıların avtomobillə deputatların maşınlarının ardınca parlamentin həyətinə daxil olduqları müəyyənləşib.

Qroznıda olan Rusiya daxil işlər naziri Rəşid Nurqaliyev olayın nadir rast gəlinən hadisə olduğunu söyləsə də, sabitlik və təhlükəsizliyin təmin olunduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR