Bank Of Baku

Gürcüstan hökumətinin rəsmi saytının təqdimat mərasimi keçirilib

Gürcüstan hökumətinin rəsmi saytının təqdimat mərasimi keçirilib
# 19 oktyabr 2010 16:59 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan Dövlət Dəftərxanasında hökumətin internet səhifəsinin (government.gov.ge) təqdimat mərasimi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hazırda Gürcüstan hökumətinin saytı üç dildə fəaliyyət göstərir. Gürcüstan baş nazirinin mətbuat xidmətinin rəhbəri Nikoloz Mçedlişvilinin dediyinə görə, saytda hökumətin fəaliyyəti ilə bağlı məlumatlar oxumaq mümkündür. Buraya foto-qalereya və baş nazirin brifinqlərdəki çıxışları da daxil edilib. Saytda materiallar gürcü, ingilis abxaz dillərində yerləşdirilib: "Bu dəqiqələrdən bizim işğal olunan ərazilərimizdə yaşayan abxaz vətəndaşlarımız öz dillərində Gürcüstan hökumətinin informasiyalarını oxuya bilər".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR