Bank Of Baku

Gürcüstanda BMT həftəsi başlayıb

Gürcüstanda BMT həftəsi başlayıb
# 20 oktyabr 2010 04:20 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Gürcüstanda Birləşmiş Millətlər Təşkilatın həftəsi başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, oktyabrın 24-də BMT Günü münasibəti ilə təşkilatın Gürcüstandakı nümayəndəliyi müxtəlif tədbirlər keçirməyi planlaşdırıb. Məlumata görə, bu il BMT həftəliyi Gürcüstanda minillik inkişafın yerinə yetirilməsinin gedişinə və ölkənin inkişafı prosesində gənclərin iştirakına həsr olunur.
Həftə çərçivəsində BMT-nin təşəbbüsü ilə tələbələr üçün seminarlar keçiriləcək, jurnalistlər və baş redaktorlarla formatsız görüşlər, eyni zamanda BMT-nin köməyi ilə həyata keçirilən yardım proqramında iştirak edən benefisiatlarla görüşlər təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR