Bank Of Baku

Oktyabrın 21-də Gürcüstan paytaxtında “Tbilisoba” bayramı başlayır

Oktyabrın 21-də Gürcüstan paytaxtında “Tbilisoba” bayramı başlayır
# 20 oktyabr 2010 18:55 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Sabah Gürcüstan paytaxtında “Tbilisoba” (Tiflis Şəhər Günü) bayramı keçiriləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bayram Gürcüstan Mədəniyyət Nazirliyi və Tiflis Şəhər Merliyinin təşkilatçılığı ilə keçirilir. Məlumata görə, bu il təşkil olunan “Tbilisoba” bayramı keçən illərdən geniş masştabda keçirilməyi və uzun müddətli və parlaq və mənalı tədbirlər proqramları ilə fərqlənir. Bu il keçirilən bayram oktyabrın 21-dən 27-nə kimi davam edəcək.
Bayram çərçivəsində sərgilər, müasir estrada konsertləri, folklor və klassik musiqi nümunələri, ədəbi gecələr, kitab satışı sərgisi, meyvə festivalı, müxtəlif təltifetmə mərasimləri və digər tədbirlər həyata keçiriləcək. Bayram tədbirlərində eyni zamanda xalq yaradıcılığı nümunələri əks etdirilən etnoqrafiya guşəsi də təşkil ediləcək.
Oktyabrın 21-də başlanacaq “Tbilisoba” bayramı “Köhnə Tiflisin xəritələri” adlı sərginin açılışı ilə açılacaq. Həmin gün Z. Paliaşvili adına dövlət opera və balet teatrında Cüzeppe Verdinin “Aida” operası və Qızılgül inqilabı parkında isə konsert təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR