Bank Of Baku

Acarıstanda “Acarıstanı Türkiyədə yaşayan gürcülərlə və türklərlə tanış edək” layihəsi həyata keçirilməyə başlayıb

Acarıstanda “Acarıstanı Türkiyədə yaşayan gürcülərlə və türklərlə tanış edək” layihəsi həyata keçirilməyə başlayıb
# 21 oktyabr 2010 01:44 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Acarıstan turizm departamenti və muxtariyyət hökumətinin birgə həyata keçirdikləri “Acarıstanı Türkiyədə yaşayan gürcülərlə və türklərlə tanış edək” layihəsi həyata keçirilməyə başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, layihə çərçivəsində 21 rəsmi və 50 qeyri-rəsmi görüş keçiriləcək. Acarıstana gələn qonaqlara reklam buketləri, Acarıstan turizm obyektlərinin təqdimat layihəsi tədbirləri keçiriləcək.

Məlumata görə, əsas diqqət regiona investisiya qoyulmasına yönəldiləcək. Eyni zamanda turistlərə Kobuleti şəhərini azad turist zonası kimi təqdim edərək, onlara vergi siyasəti barədə mükəmməl informasiya veriləcək.

Türkiyəyə səfər çərçivəsində Acarıstan nümayəndə heyəti bu ölkədə kompakt yaşayan gürcü əhalisinə baş çəkiblər.

Layihə oktyabrın 29-na kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR