Bank Of Baku

Rusiya Prokurorluğu Dövlət Dumasının deputatı Aşot Yegiazaryana qarşı cinayət işi açmaq üçün razılıq istəyib

Rusiya Prokurorluğu Dövlət Dumasının deputatı Aşot Yegiazaryana qarşı cinayət işi açmaq üçün razılıq istəyib
# 21 oktyabr 2010 08:47 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Rusiya Prokurorluğu yanında İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Dövlət Dumasına müraciət edərək deputat Aşot Yegiazaryana qarşı cinayət işi qaldırılmasına razılıq istəyib. APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, deputat Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi əsasında qrup tərəfindən törədilən və ya xüsusilə böyük miqdarda edilmiş dələduzluq əməllərində ittiham edilir. Bu maddə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
“Kommersant” qəzeti Rusiya Federal Mülkiyyət Fondunun keçmiş rəhbərinin müavini Mixail Ananyevin Baş Prokurorluğa müraciət edərək “Avropark” ticarət kompleksinin inşasına və “Moskva” mehmanxanasının rekonstruksiyasına ayrılmış 18 milyon dolların oğurlanmasının araşdırılmasını xahiş etmişdi.
A. Yegiazaryan bu ittihamı absurd adlandıraraq özünə və ailəsinə təhlükə gözlədiyi üçün xaricə gedib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR