Bank Of Baku

Sergey Sobyanin Moskva meri seçilib

Sergey Sobyanin Moskva meri seçilib
# 21 oktyabr 2010 12:36 (UTC +04:00)
APA-nın məlumatına görə, Şəhər Dumasının üzvlərindən 32 nəfər Sobyaninin lehinə, iki deputat əleyhinə səs verib. Sobyaninin mer postunda and içmə mərasimi bu axşam keçiriləcək, sabahdan isə yeni mer vəzifəsinin icrasına başlayacaq. Xatırladaq ki, 18 il Moskva meri vəzifəsində çalışmış Yuri Lujkov sentyabrın 28-də prezident Dmitri Medvedyevin sərəncamı ilə işdən azad olunub. “Vahid Rusiya” Partiyası bu posta dörd nəfərin namizədliyini irəli sürsə də, prezident baş nazirin müavini Sergey Sobyanini bu vəzifəyə layiq görüb. Xatırladaq ki, 2001-2005-ci illərdə Tümen vilayətinin qubernatoru olan Sobyanin daha sonra Putin administrasiyasının rəhbəri vəzifəsində çalışıb. Dmitri Medvedyev prezident seçildikdən sonra Sergey Sobyanin baş nazirin müavini və Putin hökumətinin aparat rəhbəri təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR