Bank Of Baku

Tiflisdə dünya şəhər merlərinin iştirak etdiyi konfrans başlayıb

Tiflisdə dünya şəhər merlərinin iştirak etdiyi konfrans başlayıb
# 21 oktyabr 2010 23:55 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Oktyabrın 21-də Tiflisdə “Dünya şəhər merlərinin arasında razılaşma” adlı iki günlük beynəlxalq konfrans başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirdə dünya şəhərlərində iqlimin yaxşılaşdırılması məqsədi ilə 45 ölkədən gələn nümayəndələr iştirak edir. Konfransın sonunda iqlimin yaxşılaşdırılması barədə razılaşma sənədi imzalanacaq.

Tədbirdə iştirak edən Avropa İttifaqının Gürcüstandakı nümayəndəsi Per Eklund jurnalistlərə bildirib ki, iqlimin yaxşılaşdırılması barədə razılaşma sənədinin imzalanması rəsmi şəkildə təsdiq edir ki, dünya şəhərləri emissiya CO2-nin 20 % azaldılmasına hazırdır.

Tiflis şəhər meri Qiqi Uqulava KİV-ə açıqlamasında bildirib ki, qlobal iqlim dəyişiklikləri böyük və kiçik millət, şəhərlər və dövlətlər tanımır. “Bu prosesə hamı qoşulmalıdır və hamı öz rolunu yerinə yetirməlidir. CO2 emissiyasının azaldılmasına dair uzunmüddətli layihə davam edir. Əhali başa düşməlidir ki, bu layihəyə ayrılan vəsait onların təhlükəsizliyi üçündür”.

Tiflis şəhər meri qeyd edib ki, onun rəhbərlik etdiyi şəhər razılaşma sənədini imzalamaqla öhdəsinə alır ki, effektli enerji tədbirlərini həyata keçirməklə CO2 emissiyasını 20 % azaldacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR