Bank Of Baku

Avropa Şurası Ermənistan hakimiyyətinə təzyiqi artıracaq – Levon Ter-Petrosyan

Avropa Şurası Ermənistan hakimiyyətinə təzyiqi artıracaq – Levon Ter-Petrosyan
# 22 oktyabr 2010 05:23 (UTC +04:00)
Bakı-APA. Ermənistanın ilk prezidenti, müxalifətçi Erməni Milli Konqresi blokunun lideri Levon Ter-Petrosyan Avropa Şurasının Ermənistan hakimiyyətinə təzyiqi gücləndirəcəyinə əminliyini bildirib.

«Avropa Şurası öz üzvünə qarşı 6 sanksiya tətbiq edə bilər. Sanksiyalardan biri Ermənistan nümayəndə heyətinin səs hüququnun alınmasıdır. Daha sərt sanksiyalar da var – ölkəni Avropa Şurasından çıxara da bilər», deyə Levon Ter-Petrosyan qeyd edib.

«Amnistiyadan sonra avropalılar arxayın olmuşdular. Lakin ötən il onlar ümidlərinin doğrulmadığını gördülər və Ermənistan hakimiyyətinin onları aldatdığını gördülər. Aldatma göz qabağındadır. Avropalılar özlərini aldadılmış hiss edirlər, bu isə onların strukturunun nüfuzuna ləkədir. Onlar buna dözməyəcəklər», deyə erməni siyasətçisi əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR