Bank Of Baku

Qırğızıstanda müxalifət liderinin həyatına sui-qəsd olunub

Qırğızıstanda müxalifət liderinin həyatına sui-qəsd olunub
# 23 oktyabr 2010 18:58 (UTC +04:00)
Bakı-APA. Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiyevin silahdaşları tərəfindən yaradılmış «Ata-Jurt» partiyasının nümayəndələri partiyanın lideri Kamçibek Taşiyevin həyatına sui-qəsd edildiyi barədə məlumat yayıblar.

Partiyadan verilən məlumata görə, bir neçə silahlı şəxs Taşiyevin Bişkek ətrafındakı villasına daxil olmağa cəhd ediblər. Silahlılar və Taşiyevin cangüdənləri arasında atışma baş verib. Atışma nəticəsində Taşiyevin özü də yüngül yaralanıb. Hücum edənlərdən 3 nəfəri ələ keçirilib. Onların üzərində xüsusi xidmət orqanlarının vəsiqələri aşkar olunub.

Xatırladaq ki, Qırğızıstanda oktyabrın 10-da keçirilmiş parlament seçkilərində məhz «Ata-Jurt» partiyası qalib gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR