Bank Of Baku

Gürcüstan ATƏT missiyasının qayıtmasında maraqlıdır

Gürcüstan ATƏT missiyasının qayıtmasında maraqlıdır
# 26 oktyabr 2010 04:15 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Gürcüstan tərəfi ATƏT-in Vyanada keçirilən sammitində ATƏT missiyasının hansı formadasa Gürcüstana qaytarılmasının vacibliyini bir daha bəyan edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə brifinqdə Gürcüstan XİN rəhbərinin müavini Nino Kalandadze deyib. Onun sözlərinə görə, Vyanada başlanan və bu günə qədər davam edən konfrans təhlükəsizlik, iqtisadiyyat və ətraf mühitin mühafizəsinə həsr olunub.
"Gürcüstan tərəfi ATƏT-in münaqişədə missiya rolunu necə təsəvvür etdiyini artıq təqdim edib. Biz maraqlıyıq ki, ATƏT Gürcüstana hansı formadasa qayıtsın və işğal olunan ərazilərdə öz monitorinqini həyata keçirsin" - deyə nazir müavini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR