Bank Of Baku

Millennium Challenge Georgia Fondunun təşkil etdiyi tenderdə Azərbaycan şirkəti qalib gəlib

Millennium Challenge Georgia Fondunun təşkil etdiyi tenderdə Azərbaycan şirkəti qalib gəlib
# 27 oktyabr 2010 02:39 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Azərbaycan şirkəti Oil and Gaz Contraction Trust tenderdə qalib gəlib. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, Azərbaycan şirkəti Millennium Challenge Georgia (MCG) Fondunun təşkil etdiyi tenderdə Gürcüstanda "Şimal-Cənub" magistral boru kəmərinin yeni fazasının rekonstruksiya edilməsinə boru və materialların çatdırılmasına görə qalib elan olunub. MCG Fondunun məlumatına görə, tender çərçivəsində Oil and Gaz Contraction Trust şirkəti 120 gün ərəfəsində tikintini 6 milyon dəyərində boru və materiallarla təchiz etməlidir.

Oktyabrın 18-də baş tutan tenderə Azərbaycan şirkəti ilə birlikdə Stemcor A.G. (İsveç) və New Energy (Gürcüstan) şirkətləri qatılıblar. MCG-dən verilən məlumata görə, tenderdə irəli sürülən tələblərə yalnız Azərbaycan şirkətinin təklifləri cavab verib. Nəticədə MCG Fondu və Azərbaycan şirkəti Oil and Gaz Contraction Trust arasında kontrakt bağlanıb.

"Şimal-Cənub" magistral boru kəmərinin yeni fazasının rekonstruksiyası Amerika hökumətinin 2008-ci ilin noyabr ayında Gürcüstan üçün Millennium Challenge proqramı çərçivəsində
əlavə ayırdığı 100 milyon dollar həcmində olan qrantın bir hissəsinin hesabına maliyyələşdiriləcək.

2006-2009-cu illərdə "Şimal-Cənub" magistral boru kəmərinin zədələnmiş 22 sahəsi bərpa olunub. Buna görə, ABŞ-ın 05 Millennium Challenge proqramı çərçivəsində maliyyə yardımın 35 milyon dolları xərclənib.
Xatırladaq ki, Rusiyadan Gürcüstana və Ermənistana təbii qaz ötürən "Şimal-Cənub" magistral boru kəməri 70-ci illərdə çəkilib. Borunun ümumi uzunluğu 340 km-dir. Onun 221 km-i Gürcüstan ərazisindən keçir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR