Bank Of Baku

Ermənistanda dördüncü ordu korpusu komandanının müavini tutduğu vəzifədən istefa verib

Ermənistanda dördüncü ordu korpusu komandanının müavini tutduğu vəzifədən istefa verib
# 28 oktyabr 2010 09:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Ermənistanda dördüncü ordu korpusu komandanının müavini Qrişa Xaçaturov tutduğu vəzifədən istefa verib. APA-nın bildirdiyinə görə, bu barədə Ermənistanda nəşr olunan «Qraparak» qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, artıq müdafiə naziri Seyran Ohanyan Q. Xaçaturovun istefa ərizəsinə qol çəkib. Onun istefaya çıxmasının səbəbi dostu, Araratdakı hərbi hissənin komandiri Vardan Martirosyanın həbsinə etirazı ilə əlaqələndirilir. Qəzetin yazdığına görə, «Roj» ləqəbli V. Martirosyan bir müddət əvvəl tabeçiliyindəki əsgərləri alçaltması, onlardan rüşvət tələb etməsinə görə həbs olunub.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin dördüncü ordu korpusu paytaxt İrəvanı və Naxçıvan Muxtar Respublikası istiqamətindəki alayları özündə birləşdirir. İstefa verən şəxs Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi general Yuri Xaçaturovun oğludur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR