Bank Of Baku

Rusiya Hava Desant Qoşunlarının komandanı avtomobil qəzasında yaralanıb

Rusiya Hava Desant Qoşunlarının komandanı avtomobil qəzasında yaralanıb
# 30 oktyabr 2010 12:49 (UTC +04:00)
APA-nın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, qəza zamanı general Şamanovun “BMW” markalı xidməti avtomobilinin sürücüsü həlak olub. Orta-ağır dərəcəli xəsarət alan general xəstəxanaya yerləşdirilib.

Müdafiə naziri Anatoli Serdyukovun göstərişinə əsasən yaxın saatlarda V. Şamanov Moskvadakı Burdenko Hərbi Hospitalına yerləşdiriləcək.

«İnterfaks» agentliyinin məlumatına görə, hadisə “MAZ” markalı yük avtomaşının V. Şamanovun xidməti avtomobilinin hərəkət etdiyi zolağa çıxması nəticəsində baş verib. Rusiya Daxili İşlər Nazirliyinin açıqladığı məlumata görə, yük maşınında olan iki nəfər Tacikstan vətəndaşı gizlənməyə çalışsalar da, onlar saxlanılıb. Hazırda faktla bağlı istintaq hərəkətləri aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR