Bank Of Baku

Yaponiya Rusiya prezidentinin Kuril adalarına səfərinə etiraz edib

Yaponiya Rusiya prezidentinin Kuril adalarına səfərinə etiraz edib
# 01 noyabr 2010 20:55 (UTC +04:00)
Bakı-APA. Bu gün Rusiya prezidenti Dmitri Medvedevin Rusiyanın Kuril adaları, Yaponiyanın isə şimal ərazisi kimi tanınan mübahisəli adalara səfərinə görə Japoniya Rusiyaya diplomatik etiraz notası verib. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Bununla da Rusiya prezidentinin Yaponiya sammitində iştirakından əvvəl iki dövlət arasında münasibətlərdə gərginlik yaranıb.

Yaponiyanın baş naziri Naoto Kan cənab Medvedevin Kunaşiri adasına gəlişinə təəssüfləndiyini bildirib, xarici işlər naziri Seiji Mayhara isə etiraz notası təqdim etmək üçün Rusiyanın Yaponiyadakı səfirini yanına dəvət edib. Lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrov Japoniyanın reaksiyasını qəbuledilməz adlandırıb və həmin ərazilərin Rusiyaya məxsus olduğunu deyib. Səfir Mixail Belı isə müxbirlərə Rusiya prezidentinin səfərinin Rusiyanın daxili işi olduğunu deyib.

Yaponiya İkinci Dünya müharibəsi zamanı Sovet İttifaqının işğal etdiyi adaları geri tələb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR