Bank Of Baku

Ukraynada sorğuların nəticələrinə görə prezident Viktor Yanukoviçin partiyası öndədir

Ukraynada sorğuların nəticələrinə görə prezident Viktor Yanukoviçin partiyası öndədir
# 01 noyabr 2010 22:54 (UTC +04:00)
Bakı-APA. Ukraynada ilkin “Exit-poll” göstərir ki, bazar günü keçirilən bələdiyyə seçkilərində prezident Viktor Yanukoviçin hakim partiyası öndədir. Bu isə keçən il seçkilərdən bəri prezidentin hələ də əhali tərəfindən dəstəkləndiyini göstərir. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. GHK-Ukrayna Qrupunun keçirdiyi sorğu prezidentin Regionlar Partiyasının 36 faiz dəstəyə malik olduğunu aşkar edib. 2009-cu ildə uğursuzluğa məruz qalmış Yuliya Timoşenkonun partiyası hazırda 13 faizlə ikinci yerdə gedir. Timoşenkonun bloku səsverməni pisləyərək yerli və regional şura üzvləri ilə yanaşı, merlərin də müəyyən olunacağı seçkilərdə kütləvi pozuntuların olduğunu iddia edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR