Bank Of Baku

Rusiyanın sabiq baş naziri Viktor Çernomırdin vəfat edib

Rusiyanın sabiq baş naziri Viktor Çernomırdin vəfat edib
# 03 noyabr 2010 07:14 (UTC +04:00)
Agentlik 72 yaşlı siyasətçinin səhhətində son zamanlar problemlər olduğunu, martda həyat yoldaşının vəfat etməsinin Çernomırdinin səhhətinə mənfi təsir göstərdiyini bildirir. “İTAR-TASS” isə Çernomırdinin xarici ölkələrin birində uzunmüddətli müalicədən sonra bu gecə Rusiyaya qayıtmağa hazırlaşdığını yazır. Lakin səhhəti qəfil pisləşən Çernomırdin xarici klinikaların birində dünyasını dəyişib. Sabiq baş nazirin Novodeviçi məzarlığında öz həyat yoldaşının yanında dəfn olunacağı bildirilir.

Xatırladaq ki, Viktor Çernomırdin 1982-ci ildə SSRİ qaz sənayesi nazirinin müavini vəzifəsində çalışıb. Üç il sonra nazirliyə rəhbərlik edən gələcək baş nazir 1989-cu ildə bu postda istefa verib və “Qazprom”un İdarə Heyətinin sədri seçilib. 1992-1998-ci illərdə Rusiyanın baş naziri olan Viktor Çernomırdin daha sonra Rusiyanın Ukraynada səfiri vəzifəsində çalışıb. 2009-cu ildə səfir postundan geri çağırılan sabiq baş nazir Rusiya prezidentinin MDB ölkələri ilə iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR