Bank Of Baku

Gürcüstan və İran vizasız rejim barədə saziş imzalayıblar

Gürcüstan və İran vizasız rejim barədə saziş imzalayıblar
# 04 noyabr 2010 00:11 (UTC +04:00)
Bakı-APA. Gürcüstan və İran XİN rəhbərləri Qriqol Vaşadze və Mənuçöhr Mottəki iki ölkə vətəndaşları üçün vizasız rejim tətbiq olunması barədə saziş imzalayıblar.

«Vizasız rejimin tətbiqi iki ölkə vətəndaşlarına maneəsiz hərəkət etməyə imkan verəcək. Bu addım turistlərin artmasına və 2 ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsinə səbəb olacaq», deyə sazişin imzalanmasından sonra keçirilən mətbuat konfransında Mənuçöhr Mottəki bildirib.

Saziş ratifikasiya edildikdən dərhal sonra qüvvəyə minəcək. Sazişə görə 45 günədək müddətə digər ölkəyə səfər edən şəxslərə viza lazım olmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR