Bank Of Baku

Batumidə İranın baş konsulluğu açılıb

Batumidə İranın baş konsulluğu açılıb
# 05 noyabr 2010 00:23 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Batuminin Avropa meydanında İranın baş konsulluğu açılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə İran XİN başçısı Mənücöhr Möttəki iştirak edib. O, konsulluğun açılışını böyük hadisə adlandırıb: "Ən vacibi odur ki, uzun illər fasilədən sonra Acarıstanda yenidən İranın konsulluğu fəaliyyətə başlayacaq. Biz bunu tarixi hadisə hesab edirik. Baş konsulluğun fəaliyyəti ölkələrimiz arasında olan hərtərəfli əməkdaşlığın dərinləşməsinə xidmət edəcək. "
Acarıstan hökumətinin başçısı Levan Varşalomidze çıxışında bildirib ki, Batumidə İranın baş konsulluğu 1883-cü ildən 1927-ci ilə kimi fəaliyyət göstərib. "Biz çox şadıq ki, yenidən burada konsulluq fəaliyyətə başladı. Bu İranla münasibətlərimizin sahmanlanmasına xidmət edəcək və ölkəyə iranlı turistlərin gəlişi çoxalacaq. "
Qeyd edək ki, noyabrın 4-də İranın XİN başçısı Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşüb. Görüşdə Gürcüstan və İran arasında rəsmi əlaqələrin davam etdirilməsi barədə Gürcüstan prezidenti fikir mübadiləsi aparıb.
Görüşdə tərəflər ikitərəfli münasibətlərin vəziyyətini, eyni zamanda beynəlxalq hadisələrin gedişini və digər məsələləri müzakirə ediblər.
Gürcüstan prezidenti İranın onun ölkəsinin müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyinin vacib olduğunu qeyd edib və İran rəhbərliyinə təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR