Bank Of Baku

Gürcüstanda Azərinşaat servis yeni avtomobil yolu istifadəyə verəcək

Gürcüstanda Azərinşaat servis yeni avtomobil yolu istifadəyə verəcək
# 05 noyabr 2010 03:42 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Tbilisidə keçirilən Azərbaycan-Almaniya biznes forumda iştirak edən Azərinşaat servis şirkətinin koordinatoru Cəmil Qasımov bildirib ki, onların şirkəti Gürcüstanda avtomobil yollarının rekonstruksiyası və dəmiryol tikintisi ilə məşğuldur. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Cəmil Qasımov şirkətin Bakı-Tiflis-Qars dəmiryol tikintisi layihəsini həyata keçirdiyini və işlərin sürətlə getdiyini bildirib. Onun sözlərinə görə, Azərinşaat servis 15 gündən sonra yeni avtomobil yolunu istifadəyə verəcək. "Tədbirdə Gürcüstanın hökumətinin nümayəndələrinin də iştirakı gözlənilir".
Qasımov şirkətin dövriyyəsinin 621 milyon dollar təşkil etdiyini də bildirib."
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR