Bank Of Baku

Viktor Çernomırdin dəfn edilib

Viktor Çernomırdin dəfn edilib
# 05 noyabr 2010 12:14 (UTC +04:00)
Bakı – APA. Rusiya paytaxtında sabiq baş nazir Viktor Çernomırdinin dəfn mərasimi keçirilib. APA-nın “Lenta.ru” xəbər portalına istinadən verdiyi məlumata görə, Rusiya hökumətinin Qəbullar Evində keçirilən dəfn mərasimində prezident Dmitri Medvedev, baş nazir Vladimir Putin, Rusiyanın digər dövlət adamları, məmurlar, siyasətçilər, sabiq baş nazirlər Yevgeni Primakov, Mixail Fradkov və Viktor Zubkov, Ukraynanın keçmiş prezidenti Leonid Kuçma və digər şəxslər iştirak edib.

Mərasimdən sonra cənazə Novodeviçye monastırına aparılıb. V. Çernomırdin Novodeviçye məzarlığında, bu ilin martında dünyasını dəyişmiş həyat yoldaşı Valentina Fyodorovnanın yanında dəfn olunub.

Xatırladaq ki, V. Çernomırdin uzun sürən xəstəlikdən sonra noyabrın 3-də 72 yaşında vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR