Bank Of Baku

Gürcüstanda Rusiyaya casusluq üstündə 2-si erməni olan 13 nəfər həbs edilib

Gürcüstanda Rusiyaya casusluq üstündə 2-si erməni olan 13 nəfər həbs edilib
# 05 noyabr 2010 14:51 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə noyabrın 5-də Gürcüstan Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb. Həmin şəxslər ruslar tərəfindən informasiyanı şifrələmək üçün xüsusi kompüter texniki vasitələri və proqramları ilə təmin olunublar.

Həbs olunanların 6 nəfəri Gürcüstan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotudur. Pilot Vyaçeslav Plujnikov (HHQ-nin uçuş cədvəlləri və pilotları barədə məlumatların ötürülməsi), pilot Qabriel Ustalişvili (Silahlı Qüvvələrin hərbi hazırlığı və səfərbərlik resursları barədə informasiyaların ötürülməsi), pilot Devid Mesxidze (hərbi təlimlər barədə məxfi məlumatların ötürülməsi), pilot Gela Kakabadze (Silahlı Qüvvələrində hərbi personalın, silahların sayları, hərbi texniki vasitələr və nəqliyyatlar barədə məxfi məlumatlar), pilot Qoça Diasamidze (Silahlı Qüvvələrin döyüş hazırlığı barədə məxfi informasiyaların ötürülməsi), pilot Tariel Abaşidze (hərbi əməliyyatlar zamanı orduya dəstək üçün cəlb olunacaq mülki nəqliyyat vasitələri barədə məlumatlar) Silahlı Qüvvələrlə bağlı məlumatları Rusiyaya ötürməkdə ittiham olunurlar. Eyni zamanda 2 Gürcüstan vətəndaşı – “Globalization İnstitute” adlı QHT-nin rəhbəri, biznesmen Bakur Kiguradze (məxfi informasiyaların ötürülməsi), biznesmen Ruslan Qalogre və dənizçi Eduard Abdullayev isə ruslar tərəfindən casus şəbəkəsinə cəlb olunaraq bir sıra məlumatları onlara veriblər.

Saxlanılanlar arasında Rusiya vətəndaşı olanlar da var ki, onlardan 2 nəfəri ermənidir. “Saybolt Georgia” şirkətinin direktoru Armen Gevorkyan və onun müavini Ruben Şikoyan Gürcüstan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələri, xarici şirkətlərlə imzalanmış müqavilələrlə bağlı məxfi informasiyaları Rusiya hərbi kəşfiyyatına ötürüb. Həbs olunanlar arasında Rusiya vətəndaşı olan biznesmen Petre Devrişadze və Baş Kəşfiyyat İdarəsinin əlaqələndirici zabiti Yuri Skrilinkov da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR