Bank Of Baku

2011-ci ildə Ukrayna Rusiya qazını daha ucuz qiymətlə alacaq

2011-ci ildə Ukrayna Rusiya qazını daha ucuz qiymətlə alacaq
# 05 noyabr 2010 22:22 (UTC +04:00)
Bakı-APA. Ukrayna gələn il Rusiya qazını daha ucuz qiymətlə alacaq. APA-nın məlumatına görə, Ukrayna baş naziri Nikolay Azarov BVF missiyasının rəhbəri Atanasios Arvanitislə görüşündə belə bəyan edib.

Azarovun sözlərinə görə, nəticədə «Naftoqaz Ukrayna» şirkəti 2011-ci ildə ziyanla işləyən şirkət olmayacaq.

Azarov «Naftoqaz»ın kəsiri probleminin həllində də ciddi irəliləyiş olduğunu vurğulayıb. «Problem 90% həll olunub. Biz şirkətin kəsirini xeyli azaltmışıq», deyə baş nazir bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR