Bank Of Baku

Rusiyanın nüfuzlu “Kommersant” qəzetinin müxbiri vəhşicəsinə döyülüb

Rusiyanın nüfuzlu “Kommersant” qəzetinin müxbiri vəhşicəsinə döyülüb
# 06 noyabr 2010 07:18 (UTC +04:00)
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, müxbirin yaxın dostu, “Russkiy reportyor” jurnalının əməkdaşı İlya Azar O. Kaşinin bir neçə nəfərin hücumuna məruz qaldığını, hər iki çənəsinin, hər iki ayağının, barmaqlarının sındırıldığını və beyin silkələnməsi aldığını açıqlayıb. Jurnalist 36 saylı şəhər xəstəxanasına çatdırılıb və cərrahiyyə əməliyyatına məruz qalıb. O, süni nəfəsalma aparatına qoşulub.

“Kommersant” qəzetinin baş redaktoru Mixail Mixaylin O. Kaşinin döyülməsinin onun peşə fəaliyyəti ilə bağlı olduğunu bəyan edib. O bildirib ki, müxbir qeyri-formal təşkilatların, gənclər təşkilatlarının fəaliyyətini araşdırırdı və Ximkinsk meşəsindən keçən yol tikintisi ilə bağlı problemlərdən yazırdı. M. Mixaylin jurnalistin üzərində pul, sənədlər və iPhone olduğunu söyləyərək hücum edənlərin bunların heç birinə toxunmadığını vurğulayıb: “Bu, bir daha təsdiqləyir ki, jurnalistin döyülməsi onun peşə fəaliyyəti ilə əlaqəlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR