Bank Of Baku

Rusiya parlamentinin deputatı Yegizaryana qarşı cinayət işi açılıb

Rusiya parlamentinin deputatı Yegizaryana qarşı cinayət işi açılıb
# 06 noyabr 2010 20:52 (UTC +04:00)
Bakı-APA. Rusiyanın İstintaq Komitəsi Rusiya Liberal Demokrat partiyasından Dövlət Dumasının deputatı Aşot Yegizaryana qarşı "iri miqyasda dələduzluq" maddəsi ilə cinayət işi açıb.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi məlumata görə, Yegizaryan Moskvada Rublevsky şosesində yerləşən ticarət və istirahət kompleksinin 1,5 milyard rubl dəyərində 20% səhmlərinin qeyri qanuni yolla sahiblik hüququnu əldə etməsində, habelə iş adamı Mixail Ananyevdən qanunsuz pul almaqda şübhəli bilinir.
Noyabrın 3-də Dövlət Duması Yegizaryanı toxunulmazlıq hüququndan məhrum etmişdi.
Nə Yegizaryan, nə də onun nümayəndələri bu barədə şərh vermirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR