Bank Of Baku

Sergey Lebedev: “Bakıda keçiriləcək dillərin və mədəniyyətlərin dialoqu» forumu maraqlı və faydalı olacaq”

Sergey Lebedev: “Bakıda keçiriləcək dillərin və mədəniyyətlərin dialoqu» forumu maraqlı və faydalı olacaq”
# 07 noyabr 2010 09:38 (UTC +04:00)
Bu barədə APA-ya açıqlama verən MDB icra katibi Sergey Lebedev forumun işində iştirak edəcəyini söyləyib: “Bu vacib forumdur, humanitar əməkdaşlıq sahəsində yaxşı tədbirdir. Forumda MDB ölkələri xalqlarının dillərini tədris edən mütəxəssislər iştirak edəcək. Hesab edirəm ki, forum maraqlı və faydalı olacaq».

Bakı Slavyan Universiteti bazasında keçirilən tədbir MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi və Moskva Dövlət Linqvistika Universitetinin təşkilatçılığı ilə keçiriləcək.

MDB-nin yaranmasının 20 illiyinə həsr olunmuş forum plenar və sessiya iclasları formasında keçiriləcək. Plenar iclasda MDB icra katibi Sergey Lebedev çıxış edəcək. Sessiyalarda MDB və ŞOS ölkələrinin humanitar məkanında siyasi, hüquqi, iqtisadi, sosial və mədəni aspektlər müzakirə olunacaq, çoxdilli humanitar məkan şəraitində dillərin və mədəniyyətlərin dialoqu, rus dili beynəlxalq xalqlar arası ünsiyyət dili və s. məsələlər müzakirə edəcəklər.

Forum çərçivəsində sərgi və dəyirmi masa, noyabrın 10-da isə “master-klass”lar keçiriləcək.

Forumda tanınmış siyasi xadimlər, dövlət və icra hakimiyyəti nümayəndələri, nazirlik və idarə, elm ocaqları təmsilçiləri, parlament üzvləri, ali təhsil ocaqlarının rektorları, aparıcı alimlər iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR