Bank Of Baku

MDB xüsusi xidmət orqanları rəhbərlərinin 29-cu iclası keçiriləcək

MDB xüsusi xidmət orqanları rəhbərlərinin 29-cu iclası keçiriləcək
# 08 noyabr 2010 12:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Noyabrın 9-da Tacikstanın paytaxtı Düşənbə şəhərində MDB xüsusi xidmət orqanları rəhbərlərinin 29-cu iclası keçiriləcək. APA-nın MDB İcraiyyə Komitəsinin saytına istinadən verdiyi məlumata görə, bu iclas ərəfəsində bu gün Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin kəşfiyyat və təhlükəsizlik xidmətlərinin rəhbərlərinin yığıncağı keçirilib.

Azərbaycan nümayəndə heyətinin də qatılacağı toplantıda beynəlxalq terrorçuluq, silah və narkotik qaçaqmalçılığı ilə mübarizə, həmçinin qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR