Bank Of Baku

Ermənilər nüvə qaçaqmalçılığında günahkar bilinib

Ermənilər nüvə qaçaqmalçılığında günahkar bilinib
# 09 noyabr 2010 00:40 (UTC +04:00)
Bakı-APA. Gürcüstan hökuməti bir qrup qaçaqmalçının qara bazarda uran satması cəhdinin qarşısını alıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, çevik əməliyyat zamanı həbs olunan iki erməni gecə Gürcüstana keçib. Mütəxəssislər bildirirlər ki, bu zənginləşdirilmiş materialdan bombaların düzəldilməsində istifadə edilə bilər.
Onlar eləcə də bu materialın regionda satıldığından və terrorçular üçün nəzərdə tutula biləcəyindən narahatdırlar.
Gürcüstanlı tədqiqatçılar deyirlər ki, mart ayında iki erməni yüksək səviyyədə zənginləşdirilmiş uranı qurğuşunla örtülmüş siqaret qutusuna oxşar konteynerində gizlədərək Yerevandan Tbilisiyə yollanan gecə qatarında sərhədi keçib.
Onlar 18 qramlıq nümunəni islamçı qrupa satdıqlarını zənn edirlər. Tbilisidə alışı həyata keçirən gizli fəaliyyət göstərən zabitlər olublar.
Bu adamlar yaxalanaraq məhkəməyə çıxarılıblar. Malın həcmi kiçik olub və yəqin ki, o, bomba əldə etmək üçün yetərli deyildi.
Amma bu adamlar daha böyük həcmdə satış həyata keçirmək niyyətində olduqlarını etiraf ediblər. Uranın dəqiq mənbəyi bilinmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR