Bank Of Baku

Tiflisdə çaqqal peyda olub

Tiflisdə çaqqal peyda olub
# 09 noyabr 2010 10:21 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisin mərkəzində çaqqal peyda olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Vaja Pşavela prospektindən keçən vətəndaşlar çaqqalın arxasınca düşərək onu qovub tutmaq istəyiblər. Lakin çaqqal yaxınlıqdakı bir mağazaya soxularaq piştaxtanın arxasında gizlənib.

Hadisənin şahidlərini vəhşi heyvanın Tiflisin mərkəzində sərgərdan gəzməyi düşündürür. Onların dediyinə görə, çaqqal birinci dəfədir Tiflisdə görünüb.

Hadisə yerinə Tiflis zooparkının işçiləri gəlib. Onlar çaqqalı tutandan sonra şəhərətrafı meşəyə buraxacaqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR